"Beşiktaş" transfer işlərini ara vermədən davam etdirir.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə ötən həftə vəzifəyə gətirilən Öndər Özen Kolumbiyaya getdi. Özenin Boqotada "Millonarios"un "yeni Falkao" olaraq tanınan hücumçusu Fredy Monteronun meneceri ilə görüşəcəyi öyrənildi.
"Millonarios"da kirayəlik olaraq oynayan 25 yaşlı Montero 21 matçda 5 qol vurub.
İdman24.az