12:00 07.09.2017 937

Elxan Məmmədovun "Qarabağ" oyunu: BOS niyə seçildi?

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda yox, Bakı Olimpiya Stadionunda (BOS) keçirməklə bağlı qərarı birmənalı qarşılanmadı. Bəziləri bu addımı dəstəkləsə də, qarşı çıxanlar da çox oldu.


Hərənin öz arqumenti var. Oyunların BOS-da keçirilməsini dəstəkləyənlər bunu tamaşaçı tutumunun çoxluğu və onlayn bilet satışının mümkünlüyü ilə əlaqələndirir. Olimpiya stadionunda "Qarabağ"ın oyunlarını daha çox azarkeş canlı izləmək imkanı olacaq, həmçinin "qara bazar" bilet satışını öz nəzarətinə keçirə bilməycək. Oyunlarını BOS-da keçirilməsinin əleyhinə olanlar isə fikirlərini stadionun dolmayacağı və yolun uzaqlığı ilə əlaqələndirir. Hər iki tərəfin arqumentləri haqlıdı və bununla işimiz yoxdu.



Bəs BOS niyə seçildi? Məlum olduğu kimi, Olimpiya stadionu 2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final matçlarının keçirilməsinə namizəddi. "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarının bu arenada keçirilməsi də reklam xarakteri daşıyır.


Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" tərəfi oyunların BOS-da keçirilməsinin əleyhinə olub. Klub rəsmiləri və baş məşqçi Qurban Qurbanov da mətbuata açıqlamalarında bunu təsdiq etmişdilər. "Qarabağ" oyunlarını doğma arenada - Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyirdi və bu arenanı UEFA-ya təqdim etmişdi.


Amma AFFA rəhbərliyinin, konkret olaraq baş katib Elxan Məmmədovun istəyi klubun qərarının dəyişdirilməsi ilə nəticələnib. Elxan Məmmədov klub rəhbərliyi ilə danışıqlarda buna nail ola bilməyib. Amma sonradan himayəçisi, SOCAR-ın və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun sayəsində istəyi həyata keçib. SOCAR rəsmisinin səyləri nəticəsində oyunların BOS-da keçirilməsinə ən yüksək səviyyədə qərar verilib. Bundan sonra isə "Qarabağ" qərarını dəyişməli olub.


Elşad Nəsirov


Nəticədə yenə də Elxan Məmmədovun istədiyi həyata keçib. Bəlkədə "Qarabağ"ın özü üçün doğmalaşdırdığı, bütün uğurlarını qazandığı "Tofiq Bəhramov"da "Çelsi"dən, "Atletiko"dan və ya "Roma"dan bir xal almaq imkanı var idi. Bu da Elxan Məmmədovun "piar kapmpaniya"sına qurban getdi. Baş katib yenə öz planlarını həyata keçiirir, "çanaq" Azərbaycanın futbolunun, "Qarabağ"ın başında sınır.


Elxan Məmmədov BOS-u bu qədər reklam etmək istəyirdisə, niyə martda Almaniya ilə oyunu bu stadiona salmadı? İyunda Şimali İrlandiya ilə qarşılaşmanı bu arenada keçirtmədi? Halbuki, həmin vaxt millimizin "DÇ-2018"ə vəsiqə qazanmaq ümidləri hələ tam ölməmişdi və azarkeş marağına səbəb ola bilərdi. Niyə heç kimə lazım olmayan, formal xarakter daşıyacaq Çexiya ilə oyun BOS-a salındı?


Elxan Məmmədov


Baş katibin məqsədi bəllidi. "Qarabağ"ın adından, nüfuzundan istifadə edib, beynəlxalq turnirlərdən birinin finalının BOS-da keçirilməsinə nail olmaq və bununla özünü ölkə rəhbərliyinə göstərmək...


Yeri gəlmişmək, Olimpiya stadionun qazonu bərbad vəziyətdədi və Çempionlar Liqasının oyununu keçirmək üçün yararlı deyil. Amma Elxan Məmmədov söz verib ki, oyun gününədək qazon qaydasına salınacaq. Deyilənə görə, BOS-da hibrid qazon tətbiq ediləcək.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X