Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-14 Elit Kuboku”nun püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir k, püşkatmadan öncə turnir haqda qısa məlumat verilib.
Qeyd olunub ki, “Bakcell U-14 Elit Kuboku” artıq üçüncü ildi keçirilir və ikinci dəfədi ki, "Bakcell" şirkəti turnirə sponsorluq edir.
“Bakcell U-14 Elit Kuboku”nda oyunlar mərkəzləşdirilmiş qaydada Bakı şəhərində keçirilir. Turnirin əsas məqsədi liqalarda yaranan qış fasiləsindən səmərəli istifadə, oyunçuların təcrübəsinin artırılması və müvafiq yaş qruplu yığma komandalara seçim imkanının genişləndirilməsidi.
A qrupu | B qrupu |
Bakı | Qəbələ |
Xəzər Lənkəran | Qarabağ |
AZAL | Şimal-Qərb Elit yığması |
Qərb Elit yığması | Mərkəz Elit yığması |
C qrupu | D qrupu |
İnter | Neftçi |
Rəvan | Sumqayıt |
Şimal Elit yığması | Vətən |
Cənub Elit yığması | Naxçıvan Elit yığması |
Fanat.az