Sumqayıt İdman Mərkəzinin 1 meydançası tam hazır vəziyyətə gətirildikdən sonra "Sumqayıt" klubunda uşaq futboluna diqqət artmaqdadır. Bu səbəbdən “Sumqayıt” Futbol Klubu gələcəyi düşünərək klubun nəzdində yeni komandalar yaratmaqda davam edir. Belə ki, 5-7 və 9-10 yaşlı futbolçular arasında seçim davam edir. Seleksiyadan uğurla keçən futbolçular komandaya dəvət olunmaqda davam edir. Məşqlər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:00-dan 15:00-dək Sumqayıt İdman Mərkəzinin stadionunda keçirilir.
"Sumqayıt" Futbol Klubunun yeni transferi Vurğun Hüseynov aşağı yaş qruplarının son məşqini izləyib və sonda xatirə şəkli də çəkdirib.
İdman24.az