13:12 12.09.2017 905

Elxan Məmmədovun alın(mayan) yazısı (QEYD)

AFFA-nın baş katibi Elxan Məmmədovun son ərəfələr məqalə yazmaq təşəbbüsü artıb. Xüsusən, UEFA İcraiyyə Komitəsinə seçkidə uduzandan sonra, elə bil, gənc və perspektivli kadrımıza ilham pəriləri təkan veribdir. Demək olar ki, hər fəsildə 1-2 məqaləsi dərc olunur. Sonuncusu qızmar yay aylarında videotəkrar mövzusunda idi.


Bu dəfə də Londondan, "Stemford Bric"dən yazıb. "Qarabağ"ın "Çelsi" səfərini izləməkçün gedən Məmmədovun həm  də məqalə yazması məni düşündürdü.


Axı tanıdığım, şəxsi keyfiyyətlərinə bələd olduğum Məmmədovun bu qədər səmimi, canıyanan olmadığını dəqiq bilirəm. İndi sizə Məmmədovun məqaləsi ətrafında bəzi detalları qabartaq istəyirəm.


Məmmədovun məqalələri çox zəifdir. Yazısında bəhs etdiyi, az sonra toxunacağım uğursuz "İnter" interpretasiyasındakı kimi. Bakı "İnter"inin keçmiş prezidenti Georgi Nikolovun yazıları daha uğurlu kompozisiyaya malik idi. Məsələn, o, subyektivlərlə "üçüncü tərəf" mövqelərini çox uğurlu uzlaşdıra bilirdi. Həm də aforizmlərin yazıda işlənmə məqamını incəliklə hiss edirdi. Ona görə də yazdıqlarının enerjisi vardı - oxuduqca səni öz emosiyasına salırdı.


Məmmədovun məqalələrində söz daşları naşı bənnanın işi - pinti divar hörgüsü kimidir.


Sitat: "Çempionlar Liqasının qrup mərhələsinə məhz “Qarabağ”ın vəsiqə qazanmasını və bu nəticəyə nail olmaq üçün Azərbaycan futbolunun hansı yolu qət etdiyini bildiyimiz üçün və “İnter”ə (Bakının yox, Milanın təmsilçisinə) qarşı oyunu yaxşı xatırladığımıza görə bu nəticə bizim hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Mənimçün daha bir vacib məqam var. Doğrudur, bu, bir az sentimental görünə bilər, amma, hər halda, sizinlə bölüşmək istədim, hörmətli oxucular".


Bu sitatda Məmmədovun bəlkə də təbəssüm yaratmaq istəyi ilə elədiyi "İnter" - Milan/Bakı söhbəti uğursuz skeçdi. İdman mediasında elə yazarlar var ki, öz ekstravaqant cümlə manevrləriylə idman oxucusunun yumor/isterika tələbatını çox yüksəyə qaldırıb. Sizin təklif elədiyiniz adi oldu.


Məmmədovun sentimental deyib, yazdığı sitata baxaq: "Ötən əsrin 90-cı illərinin sonlarında, daha dəqiqi, 1997-ci ilin qışında, Londonda təhsil aldığım dövrdə stadionda izlədiyim ilk oyunlardan biri “Çelsi” və “Mançester Yunayted” arasında qarşılaşma idi. Məhz o zaman artıq ulduz olan Devid Bekhemi və “Çelsi”nin meneceri (məşqçisi) çalışan Ruud Qulliti canlı gördüm. “Çelsi” hesabı açdı, yanılmıramsa, Zola fərqləndi (bu, onun uğurlu mövsümü idi). Qol “Stemford Bric” oxumağa başladıqdan sonra vuruldu...

Bundan sonra, belə demək mümkünsə, “Fergie Time” başladı və “Mançester Yunayted” meydan sahibinə qarşı pressinq tətbiq etdi. Cərimə meydançasına növbəti hava ötürməsindən sonra top qəribə trayektoriya ilə Devid Bekhemə doğru yönəldi. O isə topu saxlamadan, havada ikən birbaşa qapıya vurdu. Top qapı tirinin altından qapıya daxil oldu. Çox gözəl qol alındı. Həmin qolu dünən vurulmuş kimi yaxşı xatırlayıram. Yəqin ki, indiyə qədər stadionda canlı izlədiyim ən gözəl qollardan biri idi.

Heç təsəvvürümə də gəlməzdi ki, 20 ildən sonra “Stemford Bric”də Azərbaycan klubunun oyununun şahidi olacağam".


Açığı, özümü sentimental oxucu saymıram, siz deyin, bu sitatda müəllifin iddia elədiyi sentimentallığı hansı detalda gördünüz, hiss elədiniz?


Ən sentimental hissəsi özünün Londonda oxumasını reklam eləməsi oldu. Həqiqətən də, duyğuluydu...


"Yeri gəlmişkən, səhv etmirəmsə, “Çelsi” – “Mançester Yunayted” qarşılaşması 1:1 hesabı ilə yekunlaşmışdı. Sentyabrın 12-də keçiriləcək oyun hansı hesabla başa çatırsa-çatsın, gəlin komandamızla fəxr edək və Çempionlar Liqası məqamından zövq alaq..."


Və yazı bu cümlə ilə də bitir.


Çox qısa, yazmaq xatirinə, enerjisi olmayan bu mətni Məmmədovun azərbaycancasının tələffüzündə yazsaq, daha yumoristik, yaxud sentimental alınardı.


Həm də, Məmmədov, gəlin öz aramızda kiçik bir məqamı xatırladaq. Axı siz "Qarabağ"ın, Qurban Qurbanovun uğurlarından sevinən, coşan, sentimentallaşan deyilsiniz. Yazının girişində bildirdim, sizi yaxşı tanıyıram, psixoloji portretinizi də özümçün cızmışam. Bəli, müsbət məziyyətləriniz az deyil, ancaq bu mövzuda səmimi olmadığınıza əminəm. Ona görə məqaləniz də olduqca "quru", natamam alınıb.


Siz əlində balta - düşünən Raskolnikov kimi - "Qarabağ"ın uğurlarını parçalamaq, öz adınıza da pay götürməyə hazır durumdasınız.


Qurbanovun böyükmiqyaslı uğurları onu millinin baş məşqçisi postuna sürətlə yaxınlaşdırır. İstəyərsiz? Nrç. Çünki sizin sisteminizlə oturub-duracaq xarakterdə olmadığını gözəl bilirsiz. Öz sistemini quracaq.


***               ***               ***


Məncə, növbəti dəfələrdə məqalə yazanda bunu istədiyinizi əvvəldən içinizdə hiss edin.


Biz məqaləyə qarşı çox həssasıq. Çünki bu, bizimçün həm dram, həm komediya, həm tragikomediya, həm rekviyem, həm... biz bu işlə yaşayırıq. Bizi yaşadan məfhuma hörmətsizliyi qəbul eləmərik...


"Çelsi"  -  "Qarabağ" matçını stadiondan izləmək komfortunu yaşayın. Ora məhz bununçün getmisiniz/dəvət olunmusunuz və s. Bu, daha səmimi olar. Hiss olundu ki, məqalə-filan artıq şeydir.  Eləməyin belə...


Mənbə: futbolpress.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X