Azərbaycan çempionu “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, hələlik Böyükağa Hacıyevin gedişi ilə boşalan bu posta iki əsas namizəd var.
Bunlardan biri Nazim Süleymanov, digəri isə Yunis Hüseynovdur.
Qeyd edək ki, Hüseynov “Xəzər Lənkəran”dan ayrılandan bəri işsizdi.
Süleymanov isə hazırda futbol üzrə Azərbaycan millisində baş məşqçi Berti Foqtsun əsas köməkçisidir.
İdman24.az