“Neftçi” qapıçısı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib. Serbiyalı qolkiper daha iki il paytaxt komandasının şərəfini qoruyacaq.
Klubun vitse-prezidenti Tahir Süleymanov QoL.Az saytının müxbiri ilə söhbətində məlumatı təsdiqləyib.
Xatırladaq ki, “Neftçi” bundan öncə Denis Silva, Mahir Şükürov və Rəşad Sadiqovla müqavilənin müddətini uzatmışdı.
İdman24.az