Tanınmış iş adamı Telman İsmayılov Azərbaycanın futbol klubundan birinin sponsoru olub, həmin komandanı dünyada tanıtmaq istəyir.
idman24.az xəbər verir ki, o, "Şahdağ" klubuna maraq göstərirdi, lakin komanda Premyer-Liqaya vəsiqə qazana bilmədiyindən, bu, baş tutmayıb. Onun növbəti alternativi "Qaradağ-Lökbatan" və ya adı hələlik müəyyənləşməyən digər klubdur.
T.İsmayılovun himayəyə götürdüyü kluba 150 milyon manat həddində məvacib ayıracağı bildirilir.
idman24.az