"Neftçi" klubunun üzvləri – Mahir Şükürov və Bruno Bertuççi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Skenderbeu” – “Neftçi” oyunu zamanı aralarında yaranmış gərginliyə aydınlıq gətiriblər. Hər iki futbolçu olayla bağlı fikirlərini klubun rəsmi saytına bildirib.
Mahir Şükürov: “Çox istəyirdik ki, sevinən tərəf biz olaq. Bunun üçün də əlimizdən gələni etdik, lakin təəssüf ki, alınmadı. O ki qaldı Bruno ilə aramızda yaranmış gərginliyə, bu, oyunun nəticəsindən irəli gəlirdi. Biz bir ailəyik, aramızda heç bir problem ola bilməz”.
Bruno Bertuççi: “Mərhələ adlayacağımıza inanırdıq, amma təəssüf ki, bunu həyata keçirə bilmədik. Sanki bəxt bizdən üz döndərmişdi. Qol vurmaq, nəticə göstərmək istəyi alınmayanda gərginlik artır. Mahirlə aramızda mübahisə də bu gərginliyin nəticəsi idi. Artıq aramızda heç bir problem yoxdur”.