"Qəbələ"nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Famat.az xəbər verir ki, bunadək 3 matça çıxan Luis Araqonun komandası bu dəfə Asiya təmsilçisi ilə üz-üzə gəlib.
Belə ki, “qırmızı-qaralar” Cənubi Koreya təmsilçisi “Jeju Yunayted”lə qarşılaşıb. “Qəbələ” Antalya toplanışında keçirdiyin son yoxlama oyunundan məğlubiyyətlə ayrılıb. Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” 2 qol vursa da, sonda məğlub olub - 2:5. "Qəbələ"nin qollarını Müşfiq Teymurov və Vəzir Musayev vurub.
Bu məğlubiyyət əvəzedicilərin Antalyada 3-cü yenilgisi olub. Bunadək Araqonun komandası Qazaxıstan “Tobol”u və Qana “Liberti”sinə eyni - 0:2 hesabı ilə uduzub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurub – 1:1.
Qeyd edək ki, "Jeju Yunayed" bundan əvvəl Bakı "İnter"inin əsas komandası ilə qarşılaşıb və 3:4 hesabı ilə yenilib.
Fanat.az