Gürcüstan toplanışını başa vuran "Sumqayıt" Futbol Klubu bu gündən etibarən hazırlığın üçüncü mərhələsinə start verib. Aqil Məmmədovun komandası "Sumqayıt" İdman Mərkəzində gündə iki dəfə olmaqla məşqlərini davam edir. "Neftçi"dən icarəyə götürülmüş Slavik Alxasov və Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Pərdis Fərcad-Azad, Mirzağa Hüseynpur, Orxan Əliyev və Vurğun Hüseynov isə son məşqdə fərdi məşqlərlə kifayətlənib.
İdman24.az