Bu gün Topaz Premyer Liqasında V tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyununda "Qarabağ" "Kəpəz"i qəbul edib. Çempionlar Linasında "Çelsi"yə 0:2 hesabı ilə yenilən Ağdam klubu gəncəlilərə oyunda qələbəyə sevinib - 2:0. Hesabı 34-cü dəqiqədə Coşqun Diniyev açıb. Bununla da o, rəqibin baş məşqçisi olan atası Şahin Diniyevlə futbolçu qardaşı Kərim Diniyevi məyus edib. 80-ci dəqiqədə Dani Kintana fərqlənib. Ağır zədədən sonra I turun "Neftçi" ilə oyununda meydana çıxan ispan futbolçu yenidən zədə alaraq sıradan çıxmışdı. O, bu gün matçın gedişində meydana çıxaraq fərqlənib.
Tura "Səbail" - "Qəbələ" oyunu ilə yekun vurulub. Hesabı 42-ci dəqiqədə qonaqlardan Baqali Dabo açıb. 55-ci dəqiqədə Vüqar Nadirov bərabərliyi təmin edib. Lakim "Səbail" üstünlüyü qoruya bilməyib və "Qəbələ" daha iki qola imza atıb. 60-cı dəqiqədə Asif Məmmədov fərqlənib. 90+3-cü dəqiqədə Baqali Dabo dublunu rəsmiləşdirib - 3:1.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Sumqayıt"la "sülh" bağlayıb (1:1), "Zirə"yə "Neftçi"yə qalib gəlib.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, V tur
17 sentyabr
18.30 Qarabağ - Kəpəz 2:0
Qollar: Coşqun Diniyev, 34. Dani Kintana, 88.
Qarabağ: 1. Anton Konibalotski, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 18. Tarik Elyunussi, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 19. Famil Camalov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. Davud Kərimi, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Viktor Oseqeyl, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 13. Şəhriyar Rəhimov (k), 16. Azər Məmmədov, 20. Samba Dialo, 21. Novruz Məmmədov.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 7. Sergey Çernişev, 9. İlkin Sadıqov, 11. Kamran Abdullazadə, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 19. Aydın Qasımov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
21.00 Səbail - Qəbələ 1:3
Qollar: Vüqar Nadirov, 55 - Baqali Dabo, 42; 90+3. Asif Məmmədov, 60.
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Amirhossein Najafi, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. Alen Askerov, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 20. Rövlan Muradov, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. "Dalğa Arena".
1. Zirə541011-4 13
2. Qarabağ44008-2 12
3. Qəbələ53118-5 10
4. İnter52126-6 7
5. Sumqayıt52125-6 7
6. Səbail41033-6 3
7. Neftçi50142-7 1
8. Kəpəz50143-10 1
Bombardirlər: Mahir Mədətov (Qarabağ), Vüsal İgəndərli (Zirə), Riçard Qadze (Zirə) - 3.
Fanat.Az