"Biz oturduğumuz yerdən Endi Hallideyin oyundankənar vəziyyətdə olmadığı açıq görünürdü". Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.Ukraynalı mütəxəssis "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra hakimlikdən narazılıq edib. Qriqorçuk "Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiniz. Bir müddət öncə isə "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsünüzmü ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdı" sualını belə cavablandırıb:
"Mən burda olduğum müddətdə həmişə danışmışam, indi də danışacağam. Heç nədən qorxmuram. Demirəm ki, yalnız bizim əleyhimizə qərarlar verirlər. Lakin düzgün qərar olmayanda bu barədə danışmalıyıq".
Qeyd edək ki, "Səbail" - "Qəbələ" oyununu Rauf Cabbarov idarə edib.
Fanat.Az