10:43 18.09.2017 932

"Milyonları havaya sovururlar, ağsaqqal "Neftçi"nin başını aşağı edirlər"

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov klubun son oyunlarına münasibət bildirib. Fanat.Az xəbər verir ki, sabiq FIFA referisinin "Facebook" hesabında yayımladığı fikirlərini təqdim edir:


"Neftçi" tarixinin ən uğursuz dönəmindən sonra yenidən prezident üsul - idarəsinə qayıtdı. Müşahidə Şurası dağıdıcı missiyasını uğurla yerinə yetirdikdən sonra, kağız üzərində qalmaq şərtilə ideoloqlarının yanına, məcburi, uzun müddətli istirahətə göndərildi. Planı sona çatdırmaq üçün növbəni yeni "missioner"lər qəbul etdi..


2-3 ildi havadarlar öz kadrlarını kluba yeritməklə milyonları havaya sovurur. Biri gedir, digəri gəlir. "Neftçi" isə autsayder rolunu möhkəmləndirməkdə davam edir. 


Klub anti-rekordlarını qıra-qıra idman direktoru dərhal icraçı direktor olur, sonradan prezident təyin edilir. "Desantura" rolunu mükəmməl həyata keçirərək vəzifə çəkiləri günü-gündən artır. Analoqu olmayan kadr siyasətidir. Sanki "Neftçi"nin çökməsi, məhv edilməsi kimlərəsə sərf edir...


Prezident təyin olunan Orxan Hüseynzadə bir-iki geniş müsahibə verərərək "Neftçi"nin hədəflərini açıqlamışdı. Yeganə cavabdehlik daşıyan şəxs olduğunu bəyan etmişdi. Eyni zamanda heyəti qoruyub saxlayacaqlarını bildirmişdi. Xatırladaq, rəqabətsiz 8 komandalı çempionatda "Neftçi" 7-ci olmuşdu. Bu açıqlama klub rəhbərliyinin futbolu necə dərindən "bilməsinin" əyani göstəricisi idi. Kreditlər hesabına qışda heyəti dəyişən, legionerləri gətirən, yerli futbolçuların didərgin salınmasını davam edən rəhbər, məşqçi heyətinin "qışdan sonra başqa "Neftçi" görəcəksiz" adıyla yollarını davam etdirdilər...

Nəticələri hər kəs görür. "Neftçi"nin, daha doğrusu, "layiqli" kadrları ilə birgə havadarından başqa...


Çempionat, kubokdakı fiaskodan sonra brendləşmiş "importnı"ların dəstəyilə təsisçilər yenidən aldadıldı. "Günahkar"lar cəzalandırıldı.Minimum 5-6 ay da "Neftçi" günlərini sürdürmək üçün vaxt qazanıldı. "Neftçi"ni, futbolu, nəticələri düşünən kim idi? Rahat istirahətə yollanmaq olardı...


7-ci yeri tutan komandanın rəhbər, məşqçi, futbolçuları ağır, "uğurlu" mövsümdən sonra iki ay məzuniyyətə yollandı. "Neftçi" azarkeşlərinin mənəvi iztirabı, digər klubların qazandığı mükafatlar fonunda istirahət mükafatını layiq olmayanlar qazanmışdı. Çempionatın ilk 5 turundan sonra yaxşıca dincəldiklərini turnir cədvəlindəki mövqe açıq göstərir...


Sponsorların ayırdıqları milyonlar, xalqın, dövlətin vəsaiti ilə 80 yaşlı ağsaqqal "Neftçi"ni övlad, nəvələri qarşısında başı aşağı ediblər. Nəzarət yox, tələb yox...


Fikirlərimi indi bildirmirəm. Bir çoxuna sərf etməsə də, təhlillərimi, vəziyyətin necə olacağını öncədən ictimaiyyətə açıq çatdırmışam. Bu böyük məsuliyyət tələb edir. Səsləndirilən fikirlər yanlış çıxacağı durumda, dediklərim qərəz, ən yaxşı halda səhv, futbolu dərindən bilməmək kimi qiymərləndiriləcəkdi. Nə deyiriksə, altından imza atıb məsuliyyətimizi dərk edərək bildiririk. Bomba partlayandan sonra, "bomba partladı" deməyə nə var ki?!...

"Neftçi" cavabdehləri turnir cədvəlinə yaxşı baxsın. Futbolu başayaq bildikləri kimi turnir cədvəlinə başayaq baxmasınlar. Birinci yerdə gedən "Zirə"nin büdcəsi "Neftçi"dən qat-qat aşağıdır...


"Pulumuz yoxdur" deyərək az "ağlayıb" "Neftçi" azarkeşi, millət aldadılmasın. 3 ildi "göydən 3 alma düşdü" nağıllarını ictimaiyyətə sırıya-sırıya Qubanın alma bağları quruyub artıq..


Xalqın gözü tərəzidir. Hiyləgər addımlarla manevr imkanları da tükənib. Futbol ictimaiyyəti, "Neftçi" azarkeşi mövsümlər keçdikcə aldadıldıqlarını görür. Vəziyyət nə yerə çatıb ki, "Qarabağ", "Xəzər L.", "Kəpəz" və digər klubların azarkeş-fanatları da "Neftçi"nin dirçəlməsini istəyir, dəstək verir. Gözəl bilirlər, "Neftçi" əzəmətinin geri qayıtması çempionatda rəqabəti artıra, digər klubların da güclənməsinə, yenidən bərpasına təkan verə bilər. Azarkeşlər ümidlə yaşayır...


5 tura 2 baş məşqçi, bir məşqçi əvəzi və 1(!) xal. "Neftçi" rəhbərliyini təbrik etmək olar. Verdikləri sözə əməl ediblər. Stabil heyət, özlərinə uyğun stabil nəticə...


"Neftçi" məhv edilməkdə davam edilir. Rəhvərlik əlcək kimi baş məşqçiləri dəyişib onları "yükləməklə" günlərini uzadır, istirahətlərini davam etdirirlər. Hər gələn baş məşqçi də "mənim komandam deyil" adıyla öz günlərini uzadır...


Hər kəs dərk etməlidi, "Neftçi" özəl klub deyil, ənənəsi, illərlə formalaşan oyun dəst-xətti, baxımlı, texnikalı oyuna üstünlük verən, lider özəlliyi olan klubdur. Bu kriteriyalara cavab verən rəhbər, məşqçi, futbolçular "Neftçi"də olmalıdır. Bunun üçünsə futbolu, idarəçiliyi dərindən bilmək lazımdır. Yoxsa hər gələn məşqçi 4-5 aydan bir yerli, legionerli 10-15 futbolçu gətirəcək, sonra da sağollaşıb, "alınmadı rəis" deyib gedəcək. Klub başbilənləri isə heç bir məsuliyyət daşımayacaq...


"Baş məşqçiyə bütün səlahiyyətlər verilib", başaldatmasıyla tarixi klub "sığorta" şirkətinə çevrilib. Futbolu bilənlər üçün məşqçinin səlahiyyətləri bəllidi. Ötən mövsüm çempion "Qarabağ" bir qədər büdrəyən kimi klub prezidenti Abdulbari Gözəl dərhal komandaya qarşı sərt çıxışıyla yadda qaldı. Tarixi uğurlar qazanmış məşqçi, futbolçulara belə güzəşt olunmadı. İndiki "Neftçi" idarəçiliyi, təfəkkürü ilə məşqçi, futbolçular özlərini Havay adalarındakı kimi hiss edir. İllərlə dediklərimizi artıq klubda əvəzlənən məşqçilər də dilə gətirir. Futbolçular məğlubiyyətə elə alışdırılıb ki, artıq azarkeşlər də buna uyğunlaşdırılır. "Neftçi" boyda klub nə günlərə salınıb ki, məğlubiyyətə(!) "hücum futbolu oynadıq adıyla" sevinilir, azarkeş, millətin ruhuna yeridilir. Rəqabətsiz çempionatda 2-3 qələbə qazanılsa toy-bayram olar ki?! "Neftçi" heç Milanda "İnter"ə qarşı müdafiə futbolu oynamayıb... 


Müasir futbolda ərazi üstünlüyü, iki-üç hücumçu ilə oynamaq qələbə təminatçısı deyil. Hər rəqib oyuna müvafiq taktikayla çıxır və oyunun sonunda nəticə bəlli olur...


"Neftçi"nin indiki heyəti ölkə çempionatında yaxşı çıxış etməyə yetərlidi. Qarşıda "Xəzər L.", "Bakı", "İnter"(güclü vaxtları) deyil. Heç "Simurq", əvvəlki AZAL da yoxdu. Bir "Qarabağ", "Qəbələ"dir. Hər zaman bildirmişəm, "Neftçi"nin büdcəsi çempionluq üçün kifayətdi. Yetər ki, klubda peşəkar iş görülsün...

İlk turlarda biabırçı nəticələrə görə günahkar tək məşqçilərdisə, klub rəhbərliyində mövcud olan bütün vəzifələr ləğv olunmalıdır. Havayı yüz min, milyonlarla vəsait çölə niyə atılsın ki?! Onsuz da xalqın qarşısına çıxıb yanlış addımlara görə hesabat vermək əvəzinə havadarlarının qapısını kəsib imdad diləyirlər. 2-3 ildi şəffaflıqdan danışan rəhbərlik kütləvi şəkildə gətirilən legionerlərə, özlərinə, kluba ödənilən on milyonlarla vəsaitin necə külə çevirdiklərinin hesabatını verməlidir. "Neftçi"yə kimlərinsə şəxsi vəsaiti xərclənmir. Xalqın, dövlətin puludur...


Baş məşqçi, futbolçuların cavabdehlik daşıdığı klublara futbol dili ilə zavod, fabrik, həvəskar komanda deyilir. Təəssüf ki, Azərbaycan futbolunun tarixi olan "Neftçi" bərbad klub idarəçiliyi ilə həvəskar statusdan da aşağı salınıb. Təəccüblü deyil, futbolu dərindən bilməyənlərin futbolda nə işi var?! 

"Neftçi" daimi diqqət mərkəzində olan çox ağır klubdur. Kabinetlərdə oturmaqla, futbolun ruhunu bilməməklə klub idarə oluna, ciddi uğurlar qazanıla bilməz...


Uğurun təməli - getdiyin yolu bilməyindədir!


Yeni baş məşqçi Tərlan Əhmədovun sələflərinin aqibətini yaşamaması arzusu ilə...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X