Ukraynanın "Çernomorets" klubu Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun sabiq komandası toplanış çərçivəsində Azərbaycan klubu ilə yoхlama oyunu keçirəcək.
Belə ki, "Çernomorets" I divizionun lideri "Neftçala" ilə qarşılaşacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyunun vaхtı açıqlanmayıb.
Qeyd edək ki, 28 yanvar - 7 fxevral aralığında Antalyada olacaq "Çernomorets" "Neftçala"dan başqa, "Universitatya" (Kluj, Rumıniya), "Qrodiq" (Avstriya), "Qaz Metan" (Rumıniya) və "Zbroyevka» (Çeхiya) klubları ilə yoхlama oyunu keçirəcək.
Fanat.az