“Zirə” Azərbaycan çempionatlarında 10-cu səfər qələbəsini qazanıb. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, qəsəbə klubu bu yubileyə “Neftçi” ilə paytaxt derbisində çatıb.
2:1 hesablı qələbə qazanan zirəlilər bunadək rəqib meydanlarında 9 dəfə 3 xal qazanmışdılar.
10-cu səfər zəfəri 35-ci görüşə təsadüf edib. Bakılılar rəqib meydanında 13 heç-heçə edib, 12 dəfə uduzublar. Bu görüşlərdəki top fərqində tarazlıq hökm sürür – 32:32.
Fanat.Az