10:05 20.09.2017 741

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

 Bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası işə başlayacaq. "Report"un məlumatına görə, Cenevrə şəhərindəki "President Wilson" otelində təşkil olunacaq Konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılacaqlar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. Toplantıda əvvəlcə FİFA Şurasına avropalı üzv seçkisi keçiriləcək. 2017 - 2021-ci illər üçün mandata yeganə namizəd Rusiya Futbol İttifaqından Aleksey Sorokindir.


Konqresə UEFA İcraiyyə Komitəsində Avropa Klublar Assosiasiyasının (ECA) 2 nümayəndəsini ratifikasiya etməsi təklif olunacaq. UEFA hüquq məhkəməsi orqanlarında idarəetmə və normalara riayət üzrə Komitənin yeni üzvlərinin namizədliyi də təsdiqlənəcək. Eyni zamanda Konqres nümayəndələri UEFA Nizamnaməsinə düzəlişlərə səs verəcəklər.


Daha sonra UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Komitə üzvləri Avropa Futbol Liqaları Assosiasiyası (EPFL) ilə qarşılıqlı anlaşmaya dair Memorandumu müzakirə və UEFA-nın yeni vitse-prezidentini təyin edəcəklər.


Habelə, FİFA Şurasında avropalı nümayəndə təyin olunacaq. O, 2018-ci ilin fevralında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək növbəti UEFA Konqresinədək fəaliyyət göstərəcək.


İcraiyyə Komitəsində Azərbaycanın üçün xüsusi önəm kəsb edən məsələlərlə bağlı qərarlar da qəbul olunacaq. İlk növbədə, 2018-2019 mövsümündə kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqasının finalı və UEFA Super Kubokuna ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək. 14 ərizəsi təsdiqlənmiş 10 milli assosiasiya arasında AFFA da var. Daha dəqiqi, Bakı Olimpiya Stadionu Çempionlar Liqası və Avropa Liqasının final qarşılaşmalarına iddialıdır. Çempionlar Liqasının final matçına İspaniyanın paytaxtı Madriddəki "Metropolitano", Avropa Liqasının həlledici görüşünə isə İspaniyanın Sevilya şəhərindəki "Xuan Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena" da iddialıdır. Qərar Bakının lehinə olsa, Azərbaycan paytaxtı tarixdə ilk dəfə klublararası avrokubok finalına ev sahibliyi edəcək.


İcraiyyə Komitəsinə gələn ilin sentyabrında start götürəcək UEFA Millətlər Liqasının Əsasnaməsini təsdiqləməsi təklif olunacaq. 2018-2019 mövsümünü əhatə edəcək UEFA-nın yeni turnirinə Azərbaycan millisi də qatılacaq.


Qeyd edək ki, tədbirin sonunda UEFA prezidenti Aleksandr Çeferinin iştirakı ilə mətbuat konfransı olacaq.  


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X