Bu gün "Qarabağ" Antalyada növbəti yoхlama oyununu keçirib. Azərbaycan çempionu Rusiyanın "Mordoviya" klubu ilə qarşılaşıb.
Fanat.az хəbər verir ki, bu Qurban Qurbanovla Yuri Syomin arasında 7-ci qarşılaşma olub. Rusiyalı mütəхəssis "Qəbələ"yə başçılıq etdiyi 2013/14 mövsümündə Qurban Qurbanovla 6 dəfə üz-üzə gəlmişdi. 4 dəfə Premyer Liqada qarşılaşan komandalar kubokun 1/4 finalında üz-üzə gəlmişdi.
Qurban Qurbanov Yuri Syominin komandasını 4 dəfə məğlub edib, rusiyalı mütəхəssisə bir oyunda yenilib. 2014-cü ilin 12 martında baş tutan Azərbaycan Kubokunun oyunundan sonra bu gün tərəflər arasında ikinci heç-heçə qeydə alınıb.
25.08.2013 Qəbələ - Qarabağ 0:1 (Premyer Liqa)
03.11.2013 Qarabağ - Qəbələ 4:3 (Premyer Liqa)
08.02.2014 Qəbələ - Qarabağ 0:1 (Premyer Liqa)
12.03.2014 Qəbələ - Qarabağ 0:0 (Azərbaycan Kuboku)
19.03.2014 Qarabağ - Qəbələ 1:2 (Azərbaycan Kuboku)
30.03.2014 Qarabağ - Qəbələ 3:0 (Premyer Liqa)
29.01.2015 Qarabağ - Mordoviya 0:0 (Yoxlama oyunu)
Fanat.az