"İnter" yeni transferlərini sifariş edib. Fanat.az хəbər verir ki, PFL 3 futbolçunun adını "bankirlər"in sifariş ərizəsinə salıb.
"Feyenoord"dan gələn Ruben Şakenin forma nömrəsi 82 olacaq. Bu formanı "Simurq"a icarəyə verilən Mirzağa Hüseynpur geyinirdi.
Millimizin üzvü Əfran İsmayılov ənənəsinə sadiq qalaraq "22"ni seçib. "Araz Naхçıvan"dan "İnter"ə gələn Tural Hümbətov 44 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "İnter" bir müddət əvvəl Hollandiyanın "Zvolle" klubundan transfer etdiyi Yusef Feniçi də sifariş etmişdi.
Fanat.az