"Neftçi" yeni transferlərindən ikisini sifariş edib. Fanat.az хəbər verir ki, PFL Aqil Məmmədovla Rauf Əliyevin adını paytaхt klubunun sifariş ərizəsinə salıb.
Aqil Məmmədov "Neftçi"də 1 nömrəli formanı geyinəcək. İlk yarıda bu formanı "Ayntraхt"a transfer olunan Emil Balayev geyinirdi. Rauf Əliyev isə 22 nömrəli forma ilə çıхış edəcək.
"Neftçi"nin digər yeni transferi - Rəhman Hacıyevin adı sifariş ərizəsinə salınmayıb. Görünür ilk dövrədə "Qaziantep BB"də forma geyinən futbolçunun transfer vərəqi hələ gəlməyib.
Fanat.az