20:56 22.09.2017 1352

"Tofiq Bəhramov" "Qarabağ" üçün "Cənnət"ə çevrildi

Topaz Premyer Liqasında VI tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.


Son 3 mövsümün çempionu "Qarabağ" "Roma" ilə oyundan öncə son matçına çıxıb və "Sumqayıt"ı qəbul edib. Hesabı 7-ci dəqiqədə qonaqlardan Bəxtiyar Həsənalızadə açıb. İlk yarıda bundan sonra qol olmayıb.


"Qarabağ" ikinci hissədə özünə gəlib və Mehdi Cənnətovun qoruduğu qapıya 4 qol vurub. 56-cı dəqiqədə Pedro Enrike bərabərliyi təmin edib. Bu braziliyalının "Qarabağ"ın heyətində ilk qolu olub. 62-ci dəqiqəd Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 65 və 73-cü dəqiqələrdə dubl edən Mahir Mədətov yekun nəticəni müəyyənləşdirib - 4:1 . Bununla da qol hesabını 5-ə çatdıran gənc futbolçu bombardirlər yarışında liderliyi ələ keçirib. 88-ci dəqiqədə "Qarabağ"dan Miçel qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 


Ehtiyatda bir oyunu olan "Qarabağ" 5 matçın hamısında qələbə qazanıb. 15 xalla turnir cədvəlinin birinci pilləsinə yüksələn ağdamlılar ən azı sabah keçiriləcək "Zirə" - "İnter" oyununun sonunadək zirvədə qalacaq.


Qeyd edək ki, turun iki görüşü sabah, biri bazar günü baş tutacaq.


Premyer Liqa

2017/18 mövsümü

I dövrə, VI tur


22 sentyabr 

Qarabağ - Sumqayıt 4:1

Qollar: Pedro Enrike, 56. Riçard Almeyda, 62-pen. Mahir Mədətov, 65; 73 - Bəxtiyar Həsənalızadə, 7.

Qırmızı vərəqə: Miçel Madera, 88.

Qarabağ: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev (k), 8. Miçel Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə.

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.

Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.

Baş məşqçi: Samir Abasov.

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


1. Qarabağ550012-315

2. Zirə541011-413

3. Qəbələ53118-510

4. İnter52126-67

5. Sumqayıt62136-10 7

6. Səbail41033-63

7. Neftçi50142-71

8. Kəpəz50143-101


Bombardirlər: Mahir Mədətov (Qarabağ) - 5. Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə) - 3.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
20:02

MPL: "Turan Tovuz" - "Neftçi" oyununda 3-cü qol - YENİLƏNİR

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X