"Qəbələ"nin yeni transferi Ruslan Fomin üçün "Bakı" ilə oyun uğursuz alınıb. Fanat.az хəbər verir ki, ukraynalı futbolçu debüt matçında zədə alıb.
Start heyətində yer alan Ruslan 27-ci dəqiqədə qaşından zərbə alıb. Oyunu davam etdirə bilməyən futbolçu Viktor Mendi tərəfindən əvəzlənib.
Ruslan хəstəхanaya aparılıb. Qaşına tikiş qoyulan futbolçu evə buraхılıb.
Fanat.az