17:40 26.09.2017 829

Qurban Qurbanov: "Roma"nı çox tərifləmək istəmirəm"

"Roma" çox peşəkar komandadı. Onların oyununu gördüm. Bizi çox çətin görüş gözləyir". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


"Qarabağ" sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində evdə ilk oyununu keçirəcək və "Roma"nı qəbul edəcək. Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransı keçirərək fikirlərini bildirib. 


Çalışdırıcı azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini deyib:"Bakıda ilk oyunumuzdu. Hamı üçün çox maraqlıdı. Bu səviyyədə oyunun Bakıda keçirilməsi futbolumuzun inkişafına bir təkandı. "Roma"nı canlı görəndən sonra əmin oldum ki, yetərincə ciddi və peşəkar klubdu. Kimlərsə "Roma"nı qrupumuzun favoritləri sırasından silirdi. Amma bu belə deyil. Sizi sevindirmək üçün əlimizdən gələni edəcəyik". 


Baş məşqçi rəqibə oynamaq imkan verməməyə çalışacaqlarını vurğulayıb:"Avropada yetərincə təcrübəmiz var. Amma Avroliqa ilə Çempionlar Liqası fərqli turnirlərdir. Futbolçular üzərində təzyiq həmişə olur. Bu da var ki, doğma Bakımızda oynayırıq. Azarkeş sayının çox olması da bizim üçün müsbət məqamdı. İlk oyunda böyük hesabla məğlub olsaq da, sabah yaxşı oyun göstərməyə çalışacağıq. Az da olsa, təcrübəmiz var. Çalışacağıq ki, rəqibə istədiyi futbolu oynamaq imkanı verməyək".


Qurbanov sabah "Çelsi" ilə oyunla müqayisədə heyətdə dəyişikliklər olacağını açıqlayıb: "Çelsi" ilə oyundakı heyətdən fərq olacaq. Həm rəqib fərqlidi, həm də öz meydanımızda oynayırıq. "Roma"nın zəif tərəfini görmədim desəm, mübaliğə etmərəm. İndiyə qədər qarşılaşdığımız "Fiorentina" və "İnter" tamam fərqli rəqiblər idi. Həm məşqçilərin münasibəti, həm də futbolçuların bir-birini sığortalaması yüksək peşəkarlıqdan xəbər verirdi. "Roma” çox güclü komandadı. Oyunqabağı çox tərifləmək də istəmirəm. "Qarabağ"da yerli və ya əcnəbi futbolçular arasında fərq qoyulmur. Kim hazır olacaqsa, onlar da meydana çıxacaq. Çalışırıq ki, heç kimin haqqına girməyək, ciddi düşünək".


Mütəxəssis "Düşünmürsünüz ki, Çempionlar Liqasında ən böyük uğur yerlilərə şans verib, onların digər komandalara keçidi üçün şərait yaratmaqdı" sualına belə cavab verib: "Futbol elə oyundu ki, heyətdə yer almağı haqq edən futbolçu meydana çıxmalıdı. “Qarabağ”da belə bir fikir yoxdu. Əlbəttə, yerli oyunçularımızın daha çox oynamasını istəyirik. Amma kiminsə haqqını əlindən almağı fikirləşmirik. Kim layiqdisə, o da oynamalıdı. Təəssüf ki, bəzən 11 yox, 15 oyunçu əsas heyətdə oynamağa layiq olduğunu isbatlayır. Amma onlardan bəzilərini ehtiyatda saxlamalı olursan. Biz həmişə daha hazırlıqlı oyunçunu meydana buraxırıq".


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 6 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

Facebookdan bizi izləməyi unutmayın.
X