10:58 04.02.2015 872

"Kaş “Qəbələ” seçimini 2 il əvvəl edəydim" - MÜSAHİBƏ

“Qəbələ” İdman Klubu (İK) üç ay əvvəl ölkə idmanının daha bir “incisi”ni, peşəkar cüdoçu Kifayət Qasımovanı öz sıralarına cəlb etdi. Azərbaycanda qadın cüdosunun lideri, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı bundan sonra həm də “Qəbələ”nin şərəfini qoruyacaq. Tanınmış idmançı ilə söhbəti təqdim edirik.

“Təşəbbus məndən gəldi”

- Bunadək “Neftçi” və “Attila” klublarının üzvü olmuşam. Məlumdur ki, idmançı yarışa yaxşı şəraitdə hazırlaşmalıdır. “Qəbələ” yaratdığı imkan və şərait baxımından seçildiyindən, düşündüm ki, bu klubun üzvü olsam, karyeramda daha da irəli gedə bilərəm.

- Yəni təşəbbüs səndən gəldi?
- Bəli. Artıq 3 aydır “Qəbələ”nin üzvüyəm. Sağ olsun Səbuhi müəllim, (döyüş növləri üzrə koordinator Səbuhi Qarayev nəzərdə tutulur - müəllif)bu işdə mənə kömək etdi. “Qəbələ”yə keçmək istəyimlə bağlı onunla həm mənim, həm də məşqçimin söhbəti oldu. Klub rəhbərliyi təklifi məmnunluqla qarşıladı. “Qəbələ”yə keçdiyimə görə çox razıyam. Kaş bu seçimi 2 il əvvəl edəydim...

- Səncə, “Qəbələ” həyatında nəyi dəyişəcək?
- “Qəbələ” Azərbaycanın öndə gedən idman klubudur. Bu klubun üzvü olmaq məni tam qane edir. “Qəbələ”nin idmançısı kimi ilk ciddi sınağım bu il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları olacaq. Orada klubumuzu layiqli şəkildə təmsil etmək, yığmanın heyətində uğurla çıxış etmək istəyirəm. Turnir ilk dəfə, həm də vətənimizdə keçirildiyindən üzərimdə böyük məsuliyyət var. Əsas məsələ medal qazanmaqdır.

“Bizdə hec oğlanlar bu qədər nəticə verməyib”

- Niyə məhz cüdo? Axı zərif cinsin nümayəndələri, adətən, başqa idman növlərinə meyl edirlər.
- Sadəcə, uşaq olarkən təsadüfən cüdo ilə məşğul olmağa başladım. Və alındı, nəticələr qazandım. Bu məni bir az da həvəsləndirdi. Beləcə, yoluma davam etdim. Nəticədə peşəkar idmançı oldum.

- Azərbaycanda qadın cüdoçular arasında aşkar lidersən.
- Fikrimcə, liderliyim birbaşa nəticələrimin çoxluğu ilə əlaqədardır. Ən mötəbər turnirlər olan dünya və Avropa çempionatlarını götürsək, cüdoda ilk addımlarımı atmağa başlayandan bu vaxtadək 11-12 dəfə mükafatçı olmuşam. Bizdə heç oğlanlar bu qədər nəticə verməyib. Hələ beynəlxalq turnirləri - Dünya kuboku, “Qran-pri”, “Böyük dəbilqə”dəki nailiyyətlərimi demirəm. Həmin yarışlarda da dəfələrlə çempion, mükafatçı olmuşam.

- Cüdoda bu qədər uğur qazanmış Kifayətin özünün ən böyük qazancı nə olub?
- Beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirmək imkanı qazanmışam. Bu, hər bir vətəndaş üçün böyük qürurdur. Hesab edirəm ki, idmanda ən böyük qazancım budur.
“Olimpiya cempionu olmaq sanki qismətimə yazılmayıb”

- Hələ ki nə dünya çempionu, nə də idmanda uğurun zirvəsi sayılan olimpiya çempionu titulunu qazana bilmisən. Son 2 olimpiadanın - Pekin-2008 və London-2012-nin iştirakçısı olsan da, hər ikisində mübarizəni 1/8 finalda dayandırmısan. Bunun səbəbini nədə görürsən?
- Bəxtsizlikdə. Sözün düzü, son olimpiadada zədəm var idi. Pekində isə şanssızlıq mane oldu. İppon xalı gətirən fəndlə yapon idmançı üzərində tam üstünlüklə qələbə qazansam da, hakimlər fəndimi vazari (ippondan daha aşağı dərəcəli xal – red.) kimi qiymətləndirdilər. Həmin vaxt çox yaxşı formada idim. İpponumu hesaba alsaydılar, olimpiadada mükafatçı olardım.

- Bu əminlik nədən irəli gəlir?
- Çünki sonrakı rəqiblərim məndən çox zəif, məğlub etdiyim cüdoçular idi. Ən çəkindiyim rəqib bayaq dediyim həmin o yapon idi. Hakimlər məni ona uduzdurdular. Hər iki olimpiadada ilk rəqiblərim çox güclü idmançılar oldu. 2008-ci ildə Pekində olimpiya çempionu olan italyan idmançı Culiya Kvintavalleni Avropa çempionatında 3-cü yer uğrunda görüşdə tam üstünlüklə udmuşam. Olimpiadanın gümüş və bürünc medalçılarını da dəfələrlə yenmişəm. Yəni mən onlardan güclü ola-ola, bəxtsizlikdən mükafatlardan kənarda qaldım. Elə bil olimpiya çempionu olmaq qismətimə yazılmayıb.

- Növbəti olimpiada gələn il Rio-de- Janeyroda (Braziliya) olacaq. Bu dəfə də hədəf olimpiya çempionu olmaqdır?
- Bəli. Ümidimi hələ itirməmişəm. Ancaq indi bütün diqqətimi I Avropa Oyunlarına yönəltmişəm. Həmin mötəbər yarışda qalib olsam, olimpiya çempionu sayılacağam.

“Cəki dəyişmək o qədər də asan deyil”

- “Bakı-2015”də şansını necə dəyərləndirirsən? Əsas rəqiblərin kimlərdir?
- Avropada əsas rəqiblərim almaniyalı Mariyam Roperlə portuqaliyalı Telma Monteyrudur. Açığı, mənim çəkimdə idmançılar çox güclüdür. Əvvəllər qadın cüdoçular arasında güclü idmançılar o qədər də çox deyildi. İndi isə cüdo o qədər populyarlaşıb ki, zəif idmançıya rast gəlmək müşkül məsələdir. Öz çəkimdə ən güclülərin adlarını isə az öncə qeyd etdim.

- Həmişə eyni çəkidə - 57 kiloqramda çıxış etmisən. Bəlkə nəticə qazanmaq üçün çəkini dəyişmək daha məqsədəuyğun olardı?
- Peşəkar idmançılar uzun müddət eyni çəkidə qalır. Çəkini dəyişmək o qədər də asan deyil. Yeni çəkiyə öyrəşməyə, azı, 1 il vaxt lazımdır. Bundan sonra isə, ümumiyyətlə, dəyişə bilmərəm. Çünki karyeramı bitirməyə 1-2 il qalıb. Əslində, 57 kiloqram xarici görünüşümə və boyuma tam uyğundur. Bir ara 60 kiloqrama keçmək istədim, amma tərəddüd etdim. Keçsəydim, bəlkə də yaxşı olardı. Çünki hər dəfə 3 kiloqram çəki atmalı oluram.

- “Qəbələ”nin cüdo bölməsi bir çox uğurlara imza atıb. Klubun Qəbələ bölməsinin yetirmələri artıq öz sözlərini deyirlər. Tanınmış idmançı kimi onlara nə tövsiyə edərdin?
- İlk növbədə çoxlu məşq etməyi. Cüdo gözəl idman növüdür, dünyada çox populyardır. Məşq etdiyim zalda yeniyetmə qızlar var. Onlara məsləhətlərimi verirəm, lazım olanda kömək edirəm, müəyyən şeyləri başa salıram.

“Yaxşı məşqcilik bacarığım var”

- Ümumiyyətlə, Azərbaycanda qadın cüdosunun hazırkı vəziyyəti haqqında nə deyə bilərsən?
- Bizdə qadın cüdoçular azdır. Azərbaycanda qadınların cüdo ilə məşğul olmasına, nədənsə, yaxşı baxmırlar. Qızları yarışlara aparmırlar ki, zəifdirlər. Ancaq əslində, yarışlarda iştirak etmək lazımdır ki, inkişaf etsinlər. Yalnız məşq etməklə medal qazanmaq mümkün deyil. Xaricdə təlim-məşq toplanışı keçmək, əcnəbilərlə sparrinqə çıxmaq, beynəlxalq yarışlarda iştirak etmək də vacibdir. Mənim nə qədər təcrübəm olsa da, 3-4 ay çıxış etməyəndə, bir az həyəcan olur, hissiyatım azalır. İdmançı nə qədər çox hazırlıq keçsə, turnirdə mübarizə aparsa, özünü bir o qədər formada hiss edər, təcrübəsi artar.

- Tələbən və ya layiqli davamçın hesab etdiyin kimsə varmı?
- Tələbəm yoxdur. Elə bir idmançı da görməmişəm ki, onu layiqli davamçım sayım. Ancaq Azərbaycanda normal cüdoçu qızlar var. Onları yarışlara aparsalar, ümid edirəm nəticə verəcəklər.

- Gələcəkdə özünü məşqçi kimi görürsən?
- Bəli. Hesab edirəm ki, yaxşı məşqçilik bacarığım var. Ancaq hələ ki istəmirəm. Karyeramı davam etdirirəm, bitirdikdən sonra isə yəqin ki, bir müddət istirahət edəcəyəm. Məşqçilik sonrakı planlara daxildir.

- Bəs futbolla aran necədir? “Qəbələ”nin oyunlarını izləyirsən? 
- Sözün düzü, futbolla çox da maraqlanmıram. Dünya və Avropa çempionatlarında ara-sıra oyunlara baxıram. Vaxtım olanda isə, millinin oyunlarını izləyirəm. Futbol komandamıza və klubumuzun bütün idmançılarına uğurlar arzulayıram.

"Qəbələ İK" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

Facebookdan bizi izləməyi unutmayın.
X