Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçis Mehmed Bajdereviç "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə də dəvət göndərib.
Qolkiper "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də evdə Belçika, 3 gün sonra səfərdə Estoniya ilə oyunlara dəvət alıb. Şehiç oktyabrın 1-də "Qarabağ"ın "Zirə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra yığmanın düşərgəsinə yollanacaq.
Fanat.Az