Bu gün Topaz Premyer Liqasında VII tur davam etdirilib. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə bir görüş keçirilib.
“Səbail” "Dalğa Arena"da “Suqmayıt”ı qəbul edib. Dünən paytaxt derbisində "İnter"in "Neftçi"yə 0:2 hesabıyla uduzması debütantla "kimyaçılar"ın duelinin daha gərgin alınacağını söyləməyə əsas verirdi. Qələbə qazanan tərəf 4-cü pilləyə yüksələcəkdi. Son 2 oyunda yenilgi acısı dadan "kimyaçılar" VI turda elitadakı 2-ci zəfərinə qovuşan Samir Əliyevin komandasını "dişinə görə yem" sayırdısa, bakılılar Samir Abasovun "drujina"sına təslim olmaq fikrində deyildi.
Salahlının vurduğu erkən qolla psixoloji üstünlüyü ələ keçirən qonaqlar fasilədən sonra da inamlı təsir bağışlayıb və üstünlüyünü Yunanovla artırıb. Qalan dəqiqələrdə bərabərliyi təmin edəcəyi inandırıcı görünməyən "Səbail" yenilgiylə barışıb.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, VII tur
30 sentyabr
"Səbail" - "Sumqayıt" 0:2
Qollar: Azər Salahlı,10; Amil Yunanov,60
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Dalğa Arena”
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Murad Ağayev, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 18. Adrian Popoviç, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 28. Səbuhi Abdullazadə, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov
Baş məşqçi: Samir Abasov
1. Qarabağ550012-315
2. Zirə642012-514
3. Qəbələ641210-813
4. Sumqayıt73138-1010
5. İnter62237-98
6. Səbail62046-66
7. Neftçi71155-94
8. Kəpəz71155-114
Bombardirlər: Mahir Mədətov (Qarabağ) - 5. Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə), Baqali Dabo (Qəbələ), Amil Yunanov (Sumqayıt) - 3.
Fanat.Az