"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Moskvada keçiriləcək atletika üzrə dünya çempionatı ilə bağlı sualları cavablandırıb.
- Əgər dünya çempionatı Moskvanın “Lujniki” stadionunda baş tutacaqsa, idmançılarımızı dəstəkləməyə və xarici ulduzlara baxmağa mütləq gələcəyəm.
- Yarışda hansı növləri görmək istəyirsiniz?
- Hər kəs əfsanəvi yamaykalı sprinter Useyn Boltu izləmək istəyir. Mən də həmçinin onun yarşına baxmağı xoşlayıram. O, 100, 200 və estafet 4x100 m məsafəni yaxşı qaçır. Əgər final qaçışına bilet tapılmasa, start oyuna gəlmək olar. Kişilərin hündürlüyə tullanması yarışında da əla intriqa nəzərdə tutulur. İvan Uxov Olimpiya çempionudur və yaxın vaxtlarda ukraynalı Boqdan Bondarenko da 241 sm hündürlüyə yüksəlməklə nailiyyət əldə edib. Onlar avqustun ortasına qədər hazır ola biləcək?
- Siz əvvəl atletika üzrə yarışlarda olmusunuz?
- Bəli, MOİK-in manejində “Rus qışı” yarışında. Belə turnirlərə daim televizordan baxıram. Kişi və qadınlar arasında keçirilən sprint çox xoşuna gəlir. Hoppanma intizamlarını izləməyə xoşlayıram. Olimpiya oyunlarında yüngül atletika yarışlarına baxıram.
- Atletlərdən kimlərlə tanışsınız?
- Sabiq atletlərlə yaxşı ünsiyyət saxlayıram. Hazırda televiziya şərhçisi işləyən İolanda Çeni deyə bilərəm. O, futbolu yaxşı anlayır. Bir neçə dəfə tədbirlərdə Serqey Bubkoyla futbol haqda danışırdılar.
İdman24.az