Tərlan Əhmədov "Qəbələ" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az pfl.az-a istinadən xəbər verir ki, AZAL-ın baş məşqçisi yetirmələrindən razı qalıb:
"Vacib 3 xal qazandıq. Çox maraqlı bir oyun oldu. “Neftçi” ilə oyundan sonra bu oyunda da qələbə qazanmaq yaxşı oldu. Biz “Neftçi” ilə qarşılaşmadan sonra “Qəbələ”yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidi. AZAL bu gün göstərdi ki, yüksək yerlər uğrunda mübarizəyə tam hazırdı. Futbolda qələbə də var, məğlubiyyət də var. Biz qələbə qazandıq və futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və qarşıdan gələn “Qarabağ”la görüşə hazırlaşmalıyıq. Futbolda istək vacibdi. Biz hər oyuna istəklə çıxırıq. Sindiroma, farta inanmıram. Sadəcə, oyunçularım matça yaxşı köklənir”.
Fanat.az