Dünəndən məşqlərini Lənkərandakı bazasında davam etdirən “Xəzər Lənkəran” bu gün səhər saatlarında daha bir məşqə çıxıb. Saat yarım davam edən hazırlığa köməkçi-məşqçi Emin Quliyev rəhbərlik edib. Futbolçular bu müddətdə taktiki çalışmaları yerinə yetiriblər. Komandanın sıralarında zədəli futbolçu yoxdur və bu gün axşam saatlarında baş məşqçi Con Toşak vətənindən döndükdən sonra növbəti günün hazırlığı təcrübəli çalışdırıcının nəzarətində keçiriləcək.
İdman24.az