17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Fanat.Az xəbər verir ki, yığmamız Serbiyada hazırlıq keçir.
Dünən başlayan toplanışda 21 futbolçu iştirak edir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da Serbiya hazırlığına qatılıb.
Millidə “Qəbələ” hamıdan çox – 6, “Qarabağ”la “Neftçi” hərəyə 4 oyunçu ilə təmsil olunub: Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı “Qəbələ”), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev (hamısı “İnter”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya).
Fanat.Az