Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatında VII turun 3 oyunu keçirilib. Fanat.Az xəbər verir ki, görüşlərin heç birində meydan sahibləri uduzmayıb.
Bu turadək hesabında 5 yenilgi və heç-heçə olan "Qarabağ" isə ilk qələbəsini darmadağınla qazanıb.
Əvəzedicilərin çempionatı
VII tur
30 sentyabr
“Qəbələ” – “Kəpəz” – 2:0
Qollar: Elvin Həsənov, 35, Hacıağa Hacılı, 43
1 oktyabr
“Səbail” – “Sumqayıt” – 1:1
Qollar: Emil Həsənzadə, 37 – Murad Məmmədxanov, 45
2 oktyabr
“Qarabağ” – “Zirə” – 4:1
Qollar: Kamran Nəsirov, 3, Famil Camalov, 28, 44, İbrahim Qədirzadə, 41 – Mirəli Məmmədzadə, 90+3
Qeyd edək ki, bu həftə keçirilməli olan “İnter” – “Neftçi” matçı təxirə salınıb.
Fanat.Az