Azərbaycan I divizionunda yeni mövsümə start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki oyun keçirilib.
"Ağsu" evdə "Zaqatala"ya qalib gəlib - 1:0. Debütant "Xəzər" doğma meydanda eyni hesabla "Mil-Muğan"a yenilib.
Qalan üç matç bu gün baş tutub və bütün görüşlərdə 1:0 hesabı qeydə alınıb. Belə ki, "Sabah" "Binə"ni, "Qaradağ Lökbatan" MOİK-i, "Turan Tovuz" "Şüvəlan"ı eyni hesabla yenib.
I divizion
2017/18 mövsümü
I dövrə, I tur
3 oktyabr
Ağsu - Zaqatala 1:0
Qol: Əlimərdan Əlimərdanlı, 76.
Xəzər - Mil-Muğan 0:1
Qol: Vüqar Əlibabayev, 54.
4 oktyabr
Sabah - Binə 1:0
Qol: Məhəmməd Alıyev, 30.
MOİK - Qaradağ Lökbatan 0:1
Qol: Coşqun Süleymanov, 55.
Turan Tovuz - Şüvəlan 1:0
Qol: Qaraxan Əliyev, 89 (avtoqol).
Fanat.Az