Yay fasiləsində Junior Nildo, Zohair Benouahi və Rasim Ramaldanovla anlaşan "Xəzər Lənkəran" daha bir neçə futbolçu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Con Toşak xüsusilə Azərbaycan futboluna bələd olan oyunçuların transferində maraqlıdı.
Düzdü, uelsli mütəxəssisin diqqətində xaricdə çıxış edən futbolçular da var, amma o ilk növbədə daxili çempionatdakı transfer işlərini yekunlaşdırmaq istəyir. Bizdə olan məlumata görə, heyətdə olan legionerlərin bəzilərini göndərəcək Toşak daha səviyyəli oyunçuları sərəncamına dəvət edəcək.
"Xəzər Lənkəran" ən azı 7-8 transferi həyata keçirməyi planlaşdırır. Cənub klubu bütün mövqelərə futbolçu axtarışındadı.
İdman24.az