Aqil Məmmədov "Simurq"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi 1 xala görə sevindiyini deyib:
"Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm".
Fanat.az