“Skenderbeu” “Neftçi” üzərində qələbədən sonra həddən artıq eyforiyada idi. Bu, Qazaxıstandakı oyunda öz mənfi təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Vlajniya” klubunun sabiq baş məşqçisi Şpetim Duro deyib.
54 yaşlı albaniyalı mütəxəssis ölkəsinin çempionu olan “Skenderbeu”nun Çempionlar Liqasının III təsnifat mərhələsində Qazaxıstanda “Şaxtyor”a 0:3 hesablı məğlubiyyətini səbəblərindən danışıb.
Onun sözlərinə görə, meydan sahibləri inamlı qələbə qazansa da, albaniyalıların II təsnifat mərhələsində yendiyi “Neftçi” daha təhlükəli rəqib idi: “Korçalılara startda uğurlu çıxış edib, “Neftçi”yə keçməklə ilk məqsədinə nail oldu. Bu komanda üçün çox vacib nəticə idi. Ancaq onu unutmayın ki, bu, nə qədər böyük uğur olsa da, Avropa Liqasında növbəti sınaq gəlirdi. Mən Qazaxıstanda onlayn izlədiyim matçda ona fikir verdim ki, “Neftçi” “Skenderbeu”ya ilk oyunda daha böyük təzyiq göstərirdi. Fikrimcə, Azərbaycan klubu “Şaxtyor”dan daha təhlükəli idi”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın albaniyalı sabiq müdafiəçisi Elvin Beçiri kapitanı olduğu “Vlajniya”da Duronun rəhbərliyi altında oynayıb.
İdman24.az