Aqil Məmmədov "Neftçi" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi "Neftçi"nin bir səhvdən yararlanıb qol vurduğunu deyib:
“Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Oyun barədə onu deyə bilərəm ki, öz səhvimizdən uduzduq. Məncə, “Neftçi” bizdən üstün oynamadı. Bərabərsəviyyəli oyun izlədik. Sadəcə, “Neftçi” bir səhvdən yararlanıb, qol vurdu. Orxan Əliyevin formada olmadığını demək düzgün olmaz. Sadəcə, düzgün futbol oynamır”.
Fanat.az