Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” komandası bu gün səhər saatlarında tam heyətlə Bakıda gəzintiyə çıxıb.
12cioyunçu.info-nun yaydığı xəbərə görə, paytaxtın gəzməli yerlərində bir saatdan çox istirahət etdikdən sonra yenidən otelə qayıdan komandanın gəzintidə olduğu vaxtda klub əməkdaşları klubun ofisində toplanıblar. Buna səbəb “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun Bakıya gəlməsidir. Şəxsi təyyasəsi ilə İstanbuldan gələn fəxri prezidentin komanda üzvləri ilə qısa görüşü də gözlənilir.
Görüş zamanı komandanı qələbəyə həvəsləndirmək üçün fəxri prezidentin futbolçulara böyük məbləğdə mükafat boyun alacağı da istisna deyil.
Qeyd edək ki, T.Bəhramov stadionun VİP tribunasından final oyununu Mübariz Mənsimovla yanaşı onunla birgə Türkiydədən gələn qonaqlar da izləyəcəklər.
İdman24.az