Qurban Qurbanov "Bakı" ilə oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi "Bakı"nın vəziyyətindən danışıb:
"Azərkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qollar gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var. Qrafik çox sıxdı. Oyunçularda istər-istəməz yorğunluq hiss olunur. Biz çalışırıq hazırlığımızı yüksək səviyyədə saxlayaq. İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindi. Amma buna baxmayaraq həm məşqçi, həm gənc oyunçuları ürəylə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram". //pfl.az
Fanat.az