İbrahim Uzunca "Qarabağ"la oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi yetirmələrindən razı qalıb:
"Birinci hissədə bir qədər həyəcanlı görsənirdik. Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq. "Qarabağ" çox güclü komandadı. Azərbaycanın qürurudu. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlindən gələni etdilər".//pfl.az
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol