Arif Əsədov AZAL-la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi komandasının oyunundan razı qalıb:
"Qrafik sıxdı. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydançaya buraxdıq. İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam. Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”.//pfl.az
Fanat.az