Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi keyfiyyətli oyunun keçmədiyini deyib:
“Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların oyunda belə gərginlik olur. Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik. Düzdü, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən yararlanaraq, 2 qol vurdular”.//pfl.az
Fanat.az