19:22 08.03.2015 892

"Qoz-qoz" oyunu və ya İK-nın qərarlarına sözardı- DÖVRİ MƏTBUATDAN

2 gün öncə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən müəyyən qərarlar qəbul olunub ki, hər birinə ayrı-ayrılıqda münasibət bildirmək də bizim işimizdi. 


1. 2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:


• Klubun aktivindən xalların silinməsi

• Maliyyə sanksiyasısı

• Futbolçunun diskvalifikasiyası


Limit məsələsinin Klublar Komitəsinin toplantısında müzakirəyə çıxarılması qərarın qəbul olunacağını proqnozlaşdırmağa əsas verirdi ki, belə də oldu. Yəni KK-nın ortaya atdığı plana İK-nın rəsmən “hə” deməsini gözləyirdik. Məntiqlə, gənc futbolçuların maaşlarına hədd müəyyənləşdirilməsi yaxşı haldı. Ancaq belə desək, İK “kökündən baltalayıb”. 


Tutaq ki, 21 yaşadək 50 yaşı 21-23 aralağında olanlar üçün 80 min manat maksimum məbləğ kimi götürülsəydi, daha yaxşı olardı. Futbol başbilənləri bu məsələdə reallığı nəzərə almayıb. Yığma oyunçularının məvacibinin artırılmasına yaradılan şəraiti isə qənaətbəxş saya bilərik. Bu ideya gənclərin milliyə can atması üçün əlavə stimul rolunu oynayacaq. Maaş limitinə riayət etməyənlərə kəsiləcək cəzaların növünə gəlincə, pis səslənmir. Lakin limiti kimin hansı şəkildə pozduğunu üzə çıxarmaq müşkül məsələdi. Söhbət Azərbaycan klublarından gedirsə, yüz cür variantla istədiklərinə nail olacaq, yeri gəlsə, klub rəhbərləri heç bir sənədə qeyd etmədən lazımlı gəncin cibinə 50 min manat artıq pul da basacaq. Məgər AFFA oleqarxların var-dövlətinin hesabatını aparır? Cibdən maliyyələşən, səhm anlayışından bixəbər klunlarda şəffaflığı qorumaq cəhdi dəryada balıq sevdasıdı. Qərardı də, imzalayıblar. Kağız üzərində pis görünmür.

 

2. 2015/2016-cı il mövsümündə Premyer Liqa klublarının sayı 10 klub olaraq müəyyənləşdirilsin. Cari mövsümdə Premyer Liqada sonuncu pilləni tutmuş komanda çıxışını birinci divizionda davam etdirsin. I diviziondan Premyer Liqaya AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun gələn və aşağı liqada müvafiq yerləri tutan 2 klub yüksəlsin.

 

“Qoz-qoz” oyunu davam edir. Hər il yeni arzuların həyata keçirilməsi qeyri-peşəkarlığa əyani sübutdu. “Araz Naxçıvan”ın məlum imtinasının ardından çempionat iştirakçılarının sayı 9-a enib. Elitaya vida edəcək digər komandanın böyük ehtimalla, “Bakı” olacağı indidən bəllidi. Maraqlıdı, görəsən “zolaqlılar” özündə güc tapıb “Sumqayıt”ı 9-cu yerə göndərsə, assosiasiya öz “övladının başını kəsəcəkmi”? Çətin! Elxan Məmmədovun və komandasının kurasiyasında olan Sumqayıt təmsilçisi “zirzəmiyə yıxılsa”, İK yenidən bir araya gələcək. Məgər az görmüşük? Hərçənd maliyyə problemləri içində çabalayan, AFFA-nın bayrağına sığınan “şəhərlilər”in aşağı liqaya yuvarlanması da müəyyən mənada Premyer Liqanın oyuncaq imicini yaxşılaşdırar. Ümumiyyətlə, AFFA məmurları daha dərin düşünüb azı 5 ili əhatə edən samballı qərar çıxarsalar, futbolsevərlərin gözündə ucalarlar. Guya “birincilər”dən hansı lisenziyalaşdırma qaydalarına əməl edəcək səviyyədədi ki... Kimi məsləhət bilsələr, ona da “gəl, oyna” deyəcəklər. Hərçənd son qarşıdurmalara əsasən “Rəvan”ın baş katib və komandası tərəfindən “vurulacağını” ehtimal etmək çətin deyil. 


3. 2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayını ilə əlaqədar AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçirilsin.


Köhnə nağılları tanış aşığın dilindən eşitməklə, bu “cahanşümül qərar”ın heç bir fərqi yoxdu. Tenderin nə ilə nəticələnəcəyini indidən bəllidi. Sinəsini qabağa verən olmayacaq. Olsa da, buna AFFA-nın özü “barmaq eləməlidi”. Teleyayınla bağlı çatışmazlıqların həllini tapacağı inandırıcı deyil. Yoluna qoymağı bacarsalar, hamısına “əhsən” deyərik. Dövlət televiziyasının “boynuna yükləməsələr”, yaxın duran tapılmayacaq. Gerçəkliyi götür-qoy etsək, elə “lap yuxarılar”ın AzTV-yə təpinməsi vəziyyətdən ən ağlabatan çıxış yoludu.   


4. Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılsın.


Elita təmsilçilərinin mövsüm boyu başqa turnirlərdə də iştirakı nəzərdə tutulur. Məsələn, İngiltərədə Liqa Kuboku oynanıldığı kimi və ya buna bənzər başqa yarışların keçirilməsi komandaların hazırlıq səviyyəsini yaxşılaşdıra bilər. Məşqçilər Komitəsinin və PFL-in birgə fəaliyyətinin müsbət nəticələrini görəcəyimizə ümid edək. Uğurlu düşüncədi. Qalır, məqsədəuyğun şəkildə reallaşdırmaq.


“Futbol+”

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X