Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Şəmkir" - "Neftçala" oyununda qonaqların iki futbolçusu - Musa Rəhimov və Habil Nurəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klub hərəsinə görə 20 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində "Şəmkir"in azarkeşləri meydançaya kənar əşyalar atdığı üçün klub 200 manat cərimə ödəyəcək.
"Rəvan" "Kəpəz"lə, "Zirə" "Ağsu", MOİK isə "Bakılı" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə olunub.
Fanat.az