14:19 12.03.2015 653

Quyruqlu ədədlər və ya Güləhmədin velosipedləri

Bir dostumuz var. Maraqlı, duzlu-məzəli söhbətləriylə, sinədən dediyi şeirlərlə hazırda çoxlarının rəğbətini qazanıb. Şirindillik, ünsiyyət qurmaq bacarığı da hər adama verilmir. Amma yaman gopçudu. Adını çəkməyəcəm, inciyər. Hesab edin ki, Güləhməddi.


Elə uşaq vaxtından belədi. Basıb-bağlamaqla arası yaxşıdı. Məsələn, hamımız orta məktəbdə oxuduğumuz dönəmdə həyətlərindəki qarajda 11 velosipedinin olduğunu bildirmişdi. Üstəlik, yaxın günlərdə bir-ikisini ən yaxın həmyaşıdlarına bağışlayacağını da vurğulamışdı. Uşaqların bəziləri inanmışdı. Digərləri tərəddüd edir, bir qismi də məhəlləyə yayılan xəbəri yalan ağacının yeni pöhrəsi sayırdı. Təbii, ancaq bir velosipeddə gözə dəyən uşağın başqa “var-dövlət”i üzə çıxmadı. Üstündən müəyyən vaxt keçdi. Daha sadəlövh azayşlıların ürəyində cücərən ilıq ümidlər yerini qara şübhələrə verməyə başladı. Nəhayət, “Qırmızı” ləqəbli, bir az da çürükçülüyü ilə tanınan digər yoldaşımız şübhələrə son qoymaq məqsədiylə gecə sözügedən uşaqgilin qarajlarına baş çəkmək qərarına gəldi. Cəsarətli “kəşfiyyatçı” “sirli məkan”ın gümüşü rəngli qapılarının arasından bayıra sivişəndən, hündür hasardan çətinliklə aşandan sonra yarıməyus mimikayla “Allah haqqı orda iki velosiped var. Biri özününküdü, biri də qardaşınınkı” dedi və hələ də ümidlə yaşayanların ürəyini üzdü...


Ertəsi “məhkəmə” quruldu. Uzun sürən çək-çevirin ardından hazırda qarajda velosiped olmadığını boynuna aldı. Lakin yalan danışmadığını and-amanla vurğulayaraq “kəşfiyyatçı” qaraja girəndən 2 gün əvvəl hamısını bölgədə yaşayan dayısı oğluna satdığını dedi. Topdansatış qiymətiylə - 52 manat 40 qəpikdən.  Hərəsinin üstündə 6 manat 50 qəpik qazandığını və özünə qalan pulla hamıya dondurma alacağını söylədi. Beynimin bir küncündə ilişib qalan, təxminən 25 il öncəki hadisəni danışıram. Rəqəmləri dəqiq xatırlamaya bilərəm. Söhbət 11 velosipeddə, 52 manat 40 qəpik topdansatış qiymətində, 6 manat 50 qəpik nəfdə yox, ədədlərin quyruğundadı. Adam heç vaxt yuvarlaq ədədləri, sayları yaxına buraxmırdı. Mütləq quyruğu olmalıydı! Onun gördüyü dəhşətli yol qəzalarında maşınlar 46 metr yarım sürüşəndən sonra aşır, nənəsinin qara toyuğu 31 cücə çıxarır, Güləhməd evdəki daxılı açanda içindən 1002 manat çıxırdı...


Martın 6-da “Park İnn” otelində AFFA-nın 22-ci Hesabat Konfransında assosiasiyanın maliyyə hesabatı açıqlandı. 21 milyon 674 min 774 manatlıq toplam xərcin toplam gəlirdən az olması adi qanunauyğunluq sayıla bilər. Quyruqlu ədədlərə isə təəccüb və təbəssümlə baxdım.



P.S. 35421 nəfər 46702 dəfə tapındığı müqəddəslərə and içsə, inanmaram. Belə məsələlərdə quyruqlar gözlərə sığal çəkmək üçündü.  

P.P.S. MK və KK-nın ardında daha bir MK (Media Komitəsi) də yaratmaq eşqinə düşən assosiasiyamıza təklifim var: bir dənə də GK – Güləhmədlər Komitəsi yaradın. Hesabatlar zamanı köməyi dəyər.



Nihat


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X