Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayevin Azərbaycan millisində oynaması üçün AFFA-nın FIFA-ya ünvanladığı müraciət hələ cavablandırılmayıb. Fanat.az xəbər verir ki, bu haqda futbolxeber.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlama verib:
“Hələ ki bu məsələ ilə bağlı FİFA-dan cavab almamışıq. Yəqin ki, tezliklə cavab gələr. Paşayev Malta ilə oyunda millimizə kömək edə bilməyəcək. Amma cavabın 1 aya qədər yubanacağına inanmıram”.
Fanat.az