Ötən gün İqor Ponomaryovun “Kəpəz”in baş məşqçisi təyin oluna biləcəyi ilə bağlı xəbər dərc etmişdik. Bu gün isə bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.
İlk olaraq ondan başlayaq ki, “Kəpəz”in yeni sponsoru “Azerinşaatservis Ltd” “Bakı”nın prezidenti Hafiz Məmmədova yaxınlığı ilə tanınır. AFFA İcraiyyə Komitəsinin son iclasından sonra “Kəpəz”ə sponsorluq edəcək şirkətin adının ilk olaraq “Bakı”nın sahibi tərəfindən açıqlanması da bunu deməyə əsas verir. Belə ki, AFFA prezitdenti Rövnəq Abdullayev 3 şirkətlə danışıqların getdiyini və hər şeyin yaxın günlərdə dəqiqləşəcəyini demişdi. Lakin az sonra jurnalistlərin suallarını cavablandıran Məmmədov Gəncə klubunu “Azerinşaatservis Ltd”in maliyyələşdirəcəyini açıqlamışdı.
Ponomaryov məsələsinə gəlincə, onun Məmmədovun istəyi ilə “Kəpəz”ə baş məşqçi gəldiyi deyilir. Hafiz bəy olimpiya çempionunu Gəncə klubu ilə yanaşı, “Bakı”nın İdarə Heyətinə də salmaq istəyir.
Ponomoryovun Gəncə futboluna AFFA-nın təyin etdiyi kurator, “Bakı”nın İdarə Heyətində yer alacağı gözlənilən İsgəndər Cavadovala birlikdə Məmmədovun sahibi olduğu “Lans”ın oyununu izləmək üçün Fransaya getməsi də yayılan xəbərlərin həqiqət olduğunu deməyə əsas verir.