“Neftçi” klubu adından Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirik. Artıq hamı tərəfindən qəbul edilən “Böyük oyun” adlandırılan Azərbaycan kubokunun final qarşılaşmasının belə bir gözəl gündə keçirilməsi yaxşı haldır”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Azərbaycan kubokunun finalında bu gün keçiriləcək “Nefti” – “Xəzər Lənkəran” oyunu haqqında danışarkən deyib.
Klub rəsmisi şansların bərabər olduğunu deyib: “Məncə, azarkeşlər oyundan böyük zövq alacaqlar. Kim güclüdürsə, o qalib gəlsin. Ən önəmlisi isə, odur ki, belə bir bayram günündə Azərbaycan futbolu qalib gəlsin”.
İdman24.az