Rusiyalı mütəxəssis Yuri Syomin “Qəbələ” ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə Moskva “Lokomotiv”inin mətbuat xidmətinin sabiq rəhbəri Aleksandr Udaltsov məlumat verib.
O, rəsmi “Tvitter” səhifəsindən yaydığı açıqlamada həmçinin Syominin köməkçilərinin də kimliyinə aydınlıq gətirib: “Syomin “Qəbələ” ilə müqavilə imzalayıb. Onun köməkçiləri isə Baturenko ilə kiçik Syomin olacaq”.
Qeyd edək ki, Yuri Baturenko Moskva “Lokomotiv”inin ikinci komandasının çalışdırıcısıdı. Andrey Syomin isə Moskvanın digər klubu “Torpedo”da çalışır.
İdman24.az