16:48 28.05.2013 903

Yeni məşqçi Tacikistan millisinin üzvü olub

Yuri Syominin “Qəbələ”yə özü ilə gətirəcəyi köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunlar Andrey Syominlə Yuri Baturenkodur. Gəlin, onları yaxından tanıyaq.

Andrey Syomin haqda çox danışmağa ehtiyac yoxdur. 43 yaşlı məşqçi Yuri Syominin 1968-ci ilin dekabrın 7-də nigaha girdiyi Lyubov adlı həyat yoldaşından olan yeganə oğludur.

Andrey daha çox köməkçi məşqçi kimi çalışıb. Belə ki, o, “Baltika”, Moskva “Lokomotiv”i, “Kuban”, Moskva, Bryansk və Minsk “Dinamo”larında baş məşqçinin əsas köməkçisi olub. Yalnız 2007-ci ildə “SOYUZ-Qazprom”un baş məşqçisi vəzifəsində işləyib. Yanvarın sonlarında Moskva “Torpedo”sunda məşqçi vəzifəsinə təyin olunan kiçik Syomin bu klubla 6 aylıq müqavilə bağlayıb. Onun “Torpedo” ilə müqaviləsi mayın 31-də rəsmən başa çatacaq.

Yuri Baturenko isə Andreydən 5 yaş böyükdür. 1964-cü il dekabrın 29-da Tacikistanın paytaxtı Düşənbədə doğulan Yuri Mixayloviç futbolçu karyerasına da məhz bu ölkədə başlayıb. Ampluaca yarımmüdafiəçi olmuş Baturenko karyerasına indiki “Vaxş”da (ovaxtkı Kurqan-Tübe “Paxtakor”u) başlayıb. Bundan başqa, istər SSRİ, istərsə də müstəqillik illərində Tacikistanda “Pamir”in əvəzedilməz oyunçularından olub. Rusiyada isə MOİK, “Lokomotiv”, “Tümen” və “Sokol”da çıxış edib. Rusiya çempionatının gümüş və bürünc mükafatçısıdır.


“Lokomotiv”ə gəlişi Yuri Syominlə bağlıdır. Çünki 1983-1985-ci illərdə Baturenko Syominin “Pamir”də çıxış edən futbolçularından olub. 1998-ci ildə futbolçu karyerasını başa vuran Baturenko 3 dəfə Tacikistan millisinin də şərəfini qoruyub. Maraqlıdır ki, hər 3 milli görüş Özbəkistan millisinə qarşı Asiya Kuboku çərçivəsində baş tutub.

Məşqçiliyə 2000-ci ildə “Lokomotiv”in 2-ci komandasında başlayıb. Bundan başqa, həmin klubda idman məktəbində (məşqçi), “Baltika”da (məşqçi), “SOYUZ-Qazprom”da (inzibatçı) və “Dinamo”nun idman məktəbində (məşqçi) işləyib. 2011-ci ildən aşağı dəstədə mübarizə aparan “Lokomotiv-2”nin məşqçisidir. 2005-ci ildə “Lokomotiv”in əsas komandasında Syominin köməkçisi olsa da, adaşının Rusiya yığmasında işləməyə getməsi ilə o da həmin postdan ayrılıb. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2025
17:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:10

Santuşlu milli seçmə mərhələyə nə dərəcədə hazırdır? - Mütəxəssislər dəyərləndirdilər

16:53

Azərbaycan boksçusu beynəlxalq turnirin qalibi oldu

16:35

"Sabah"da ayrılıq reallaşdı - RƏSMİ

16:18

II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşdi

15:59

Azərbaycan taekvandoçularından 4 "qızıl", 2 "gümüş"

15:40

"Sumqayıt" yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırılacaq? - Riad Rəfiyevdən açıqlama

15:20

Emin Mahmudov mükafatlandırıldı

14:43

Keyn Tuxeli sevindirməyə davam edir - Milli tarixində ilk yaşandı

14:25

Azərbaycan və Türkiyə milliləri birgə hazırlıq keçir

14:07

İngiltərə millisi bir oyunda iki antirekorda imza atdı

13:49

Depay Robin van Persinin rekordunu təkrarladı

13:30

VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görüş keçirildi

13:11

Tomas Tuxel Seneqaldan aldıqları məğlubiyyəti şərh etdi

12:53

"Neftçi"dən ayrılan alman Şeydayevin sabiq klubuna keçdi

12:35

"Mançester Siti" "Milan"ın ulduzunu heyətinə qatdı - RƏSMİ

11:58

"Gürcüstan yığması heç-heçəyə görə sevinirsə..." - Aqil Nəbiyev

11:41

Dünya reytinqi açıqlandı - “Qarabağ” neçəncidir?

11:23

Avropa çempionatı: Qız güləşçilərimiz mübarizəyə qoşulur

11:04

Azərbaycan millisi Belarusa yollandı

10:45

Ançelotti Braziliyanın DÇ-2026-ya erkən vəsiqə qazanması ilə bağlı danışdı

10:27

DÇ-2026: Daha iki ölkə mundialda iştirakını təmin etdi

10:01

"Mançester Siti" Fransa millisinin üzvünün keçidini reallaşdırdı

09:40

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

Türkiyə tarixində ilk dəfə qarşılaşdığı yığmaya uduzdu

09:00

"Atalanta" oyunçusunun Madrid nəhənginə getdiyini açıqladı

01:24

DÇ-2026: Niderlanddan 8 cavabsız qol, Levandovskisiz Polşa uduzdu

10 İyun 2025
23:50

UEFA "Barselona"ya tətbiq olunan cəriməni 4 dəfə azaltdı

23:07

"Matçın sonlarında rəqibin bəxti gətirsəydi..." - Marko Rossi

22:47

"Son iki yoxlama oyunundan razı qaldım” – Fernandu Santuş

22:19

"Qayıdanda gördüm ki, Robert mənə zəng vurub" - Probej Levandovskinin millidən imtinasını şərh etdi

21:53

Azərbaycan millisi Macarıstana məğlub oldu

21:15

"Real Madrid"in yeni ulduzu nömrə seçimini etdi

20:41

"Mançester Siti" "Çelsi"nin qapıçısını heyətinə qatdı

20:07

"Komandamıza güvənirəm, bunu bacaracağıq" - Nigar Mirzəliyeva

19:49

U-17 Gürcüstanla bərabərə qaldı

19:14

Azərbaycanın sərbəst güləş millisi təlim-məşq toplanışına başladı

18:40

“Kəpəz”də yeni baş məşqçi təyinatı reallaşdı

18:15

Menyanın İngiltərə nəhənginə transferi baş tutmadı - SƏBƏB

17:42

"Məni daha futbol klubunda heç bir iş maraqlandırmır" - Roman Abramoviç

Facebookdan bizi izləməyi unutmayın.
X