AFFA İntizam Komitəsi “Simurq”un əvəzedici komandasının futbolçusu İlqar Hüseynovu cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb onun əvəzedicilərin çempionatında qırmızı vərəqə alması olub.
Belə ki, “Neftçi” ilə oyunun 76-cı dəqiqəsində İlqar idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Bu səbəbdən İntizam Komitəsi onu 1 oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib.